Hadisənin təfərrüatı araşdırılır Hadisənin təfərrüatı araşdırılır

Yasamalda avtomobil gənc qızı vurub öldürdü

Hadisənin təfərrüatı araşdırılır

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

AzNews.az xəbər verir ki, hadisə Yasamal rayonunda qeydə alınıb. Avtomobil maşın bazarının yaxınlığında yolu keçən 1996-cı il təvəllüdlü Qurbanova Xəyalə Yasin qızını vuraraq, ağır xəsarət yetirib. Yaralı təcili yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.

Həkimlərin səyinə baxmayaraq, X.Qurbanovanın həyatını xilas etmək mümkün olmayıb.

Hadisənin təfərrüatı araşdırılır.