İcra başçısının həbs müddəti uzadıldı

N.Zeynalov ötən ilin dekabr ayında xüsusi əməliyyat zamanı saxlanılıb

Cəlilabad Rayon İcra Hakimiyyətinin sabiq başçısı Namiq Zeynalovun barəsində həbs qətimkan tədbirinin uzadılması ilə bağlı təqdimata baxılıb.

AzNews.az xəbər verir ki, Səbail Rayon Məhkəməsində keçirilən prosesdə qərar elan edilib.

Qərara əsasən, N.Zeynalovun barəsindəki həbs qətimkan tədbiri daha 3 ay uzadılıb.

Qeyd edək ki, N.Zeynalov ötən ilin dekabr ayında Cəlilabad Rayon İcra Hakimiyyətində keçirilən xüsusi əməliyyat zamanı saxlanılıb. Ona Cinayət Məcəlləsinin 179.2.2 (Mənimsəmə və ya israf etmə təkrar törədildikdə) 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə törədildikdə); 179.2.4 (xeyli miqdarda ziyan vurmaqla törədildikdə), 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (külli miqdarda rüşvət alma), 311.3.2 (təkrar rüşvət alma), 313-cü (Vəzifə saxtakarlığı) maddələri ilə ittiham verilib.