- Qanundan kənarda
- 9 Avqust 2021 16:38
- 5 348
Axtarışda olan keçmiş məhkum saxlanıldı
DİN məlumat yayıb
Quba Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində axtarışda olan şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, Cinayət Məcəlləsinin 234.2-ci (qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma) maddəsi ilə axtarışda olan əvvəllər məhkum olunmuş Rauf Abasov keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində saxlanılmışdır.
Quba RPŞ tərəfindən araşdırmalar aparılır.