- Qanundan kənarda
- 17 Avqust 2021 16:43
- 7 319
Bakı sakinindən 5 min manatlıq telefon oğurlanıb
DİN məlumat yayıb
Avqustun 7-də Mərdəkan qəsəbə çimərliyində bir nəfərin çantasından və avtomobilindən oğurluq etməkdə şübhəli bilinən Bakı şəhər sakini A.Əliyev saxlanılıb.
Daxili İşlər Nazirliyindən verilən məlıumata görə, Xəzər RPİ 1-ci Polis Şöbəsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində avqustun 7-də Mərdəkan qəsəbə çimərliyində bir nəfərin çantasından 2000 manat pul, 3000 manat dəyərində 2 ədəd mobil telefon, ona məxsus “BMW” markalı avtomobildən 35000 manat dəyərində qızıl saat və 5000 manat dəyərində mobil telefon oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş A.Əliyev saxlanılıb.