Daşkəsəndə yaşlı kişini tanışı GÜLLƏLƏDİ

Hadisə rayonun Zivlən kəndinə qeydə alınıb

Daşkəsəndə güllələnmə hadisəsi baş verib.

Aznews.az xəbər verir ki, hadisə rayonun Zivlən kəndinə qeydə alınıb.

Kənd sakini, 1949-cu il təvəllüdlü Zahid İsmayılov güllə yarası ilə xəstəxanaya yerləşdirilib. İlkin məlumata görə, 72 yaşlı kişi tanışı tərəfindən güllələnib.

Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub. Hadisənin baş verməsi səbəbləri araşdırılır.