- Qanundan kənarda
- 30 Sentyabr 2021 12:23
- 10 512
Elza Seyidcahan iş adamını həbs etdirdi
Həbs edilən şəxs aclıq aksiyası keçirir
Müğənni Elza Seyidcahana zor tətbiq edən Rüstəm Kərimzadə həbs olunub.
Bu barədə tanınmış vəkil Elçin Sadıqov paylaşım edib.
O bildirib ki, R.Kərimzadə barəsində sentyabrın 29-da Nəsimi rayon Məhkəməsinin hakimi Elməddin Hüseynovun qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 157-ci (Döymə və sair zorakı hərəkətlərlə qəsdən fiziki ağrı yetirməyə görə) maddəsinə əsasən 1 aylıq həbs qərarı çıxarılıb.
E. Sadıqov həmçinin qeyd edib ki, həbs edilən şəxs aclıq aksiyası keçirir.
Qeyd edək ki, müğənni Elza Seyidcahan Nəsim rayon Polis İdarəsinin 21-ci Polis Şöbəsinə şikayət edərək, R. Kərimzadənin ona zor tətbiq etdiyini bildirmişdi.
Xatırladaq ki, Kərimzadə Rüstəm Fuad oğlu “ELİT SRC GROUP” MMC-nin təsisçisidir və hazırda həmin təşkilatın direktoru vəzifəsini icra edir.