- Qanundan kənarda
- 1 Oktyabr 2021 12:47
- 6 772
Siyəzəndə “patı” satan şəxs saxlanılıb
DİN məlumat yayıb
Siyəzən Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan verilən məlumata görə, keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən rayon sakinləri Rüfət Əbdülov və Xəyal Abdullayev saxlanılıblar.
Həmin şəxslərin üzərinə və ikinciyə məxsus avtomobilə baxış keçirilən zaman “patı”, “şüşə” adlanan narkotik vasitə metamfetamin aşkar edilərək götürülüb.
Faktla bağlı istintaq aparılır.