- Qanundan kənarda
- 28 Oktyabr 2021 16:17
- 6 193
Sənay Qəhrəmanlıya cinsi təcavüzdə şübhəli bilinən şəxsin şikayəti təmin edilməyib
Proses hakim Faiq Qasımovun sədrliyi ilə keçirilib
Bakı Apellyasiya Məhkəməsində Fuad Qəhrəmanlının qızı Sənay Qəhrəmanlıya cinsi təcavüzdə şübhəli bilinərək həbs edilən Əsgər Ağayevin barəsində seçilmiş həbs qətimkan tədbirindən verdiyi şikayətə baxılıb.
Hakim Faiq Qasımovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin apellyasiya şikayəti təmin edilməyib və birinci instansiya məhkəməsinin çıxardığı qərar dəyişdirilmədən saxlanılıb.
Qeyd edək ki, S. Qəhrəmanlı xalası oğlu Ə. Ağayev tərəfindən zorlandığı ilə bağlı hüquq-mühafizə orqanlarına müraciət edib. Müraciət əsasında Ə.Ağayev barəsində Cinayət Məcəlləsinin 149.2.3 (təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan şəxsə qarşı törədildikdə) maddəsi ilə cinayət işi başlanılıb.
Binəqədi rayon Məhkəməsinin qərarı ilə Ə. Ağayev 4 ay həbs qətimkan tədbiri seçilib.