- Qanundan kənarda
- 19 Dekabr 2021 18:34
- 6 684
Gəncədə minik avtomobili hasara və traktora çırpılıb - FOTO
Sürücü ağır xəsarət alıb
Gəncədə minik avtomobili hasara, daha sonra hasarın arxasındakı traktora çırpılıb.
Aznews.az xəbər verir ki hadisə şəhərin Atabəylər prospektində qeydə alınıb.
Hərəkətdə olan "Mercedes" markalı minik avtomobilinin sürücüsü idarəetməni itirib. Nəticədə avtomobil yolda çıxaraq yol kənarındakı hasara, daha sonra hasarın arxasındakı traktora çırpılıb.
Qəza zamanı sürücü ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib.
Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.