- Qanundan kənarda
- 15 Fevral 2022 14:51
- 8 750
Ramiz Mehdiyevin qohumu 30 sutka müddətinə həbs edilib
Araşdırmalar davam edir
AMEA prezidenti Katibliyinin rəisi Eldar Əmirov 30 sutka müddətinə həbs edilib.
Bununla bağlı Nərimanov Rayon Məhkəməsində qərar elan olunub.
E.Əmirovun barəsində Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə çoxsaylı şikayətlər daxil olub. Daha sonra o, şikayət əsasında saxlanılıb.
Araşdırmalar davam edir.
Qeyd edək ki, Eldar Əmirov AMEA prezidentliyindən istefa vermiş Ramiz Mehdiyevin baldızı oğludur. O, R.Mehdiyevin köməkçisi də olub.