- Qanundan kənarda
- 8 Mart 2022 10:29
- 7 472
Bakıda narkotikin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb
DİN məlumat yayıb
Bakıda narkotik vasitənin təsiri altında avtomobil idarə edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
DİN-in Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşlarının keçirdikləri tədbirlərlə martın 7-də saat 17 radələrində Binəqədi rayonu ərazisində Abşeron rayon sakini Məhəmməd Nəcəfovun idarə etdiyi “BMW” markalı avtomobil konstruksiya dəyişiklikləri edildiyinə görə saxlanılmışdır.
Polis əməkdaşları tərəfindən sürücünün və sərnişini Əlirza Əliyevin narkotik vasitə qəbul etmələri müəyyən edilmiş və onlar Binəqədi RPİ-nin 6-cı Polis Bölməsinə təhvil verilmişlər.