Qanunsuz dini təbliğatla məşğul olan 8 nəfər həbs edilib

Həmin şəxslərdən 3230 ədəd dini ədəbiyyat, 285 ədəd audio və video disk, 69 ədəd soyuq silah götürülüb

Ötən il qanunsuz dini təbliğatla məşğul olan 20 nəfər barəsində cinayət işi başlanılıb.

Aznews.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin 2021-ci illə bağlı hesabatında qeyd olunub.

Bildirilib ki, 129 nəfər haqqında inzibati tənbeh tədbirləri görülüb, 8 nəfər həbs edilib. Həmin şəxslərdən 3230 ədəd dini ədəbiyyat, 285 ədəd audio və video disk, 69 ədəd soyuq silah götürülüb.