- Qanundan kənarda
- 18 Mart 2022 20:15
- 7 859
Adam oğurluğunda təqsirləndirilən fermerə hökm oxundu
F.Ismayılov 7 il 6 ay azadlıqdan məhrum edilib
Bakı Ağır Cinayətlər Məhkəməsində adam oğurluğu və insan alverində təqsirləndirilərək həbs edilən sahibkar Fazil İsmayılovun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Aznews.az xəbər verir ki, hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.
Məhkəmənin hökmü ilə F.Ismayılov 7 il 6 ay azadlıqdan məhrum edilib.
İttihama görə, F.İsmayılov Bakının Sabunçu rayonu ərazisində heyvandarlıq fermasında sahibi olduğu müddətdə fermada 2 nəfər çobanı qanunsuz olaraq saxlayıb. Hüquq-mühafizə orqanlarının keçirdiyi əməliyyat nəticəsində fermanın ünvanı müəyyən edilib və həmin şəxslər azad edilib.
F.İsmayılova qarşı Cinayət Məcəlləsinin 144-cü (adam oğurluğu) və 144-1-ci(insan alveri) maddələri ilə ittiham elan edilib.