DİN məlumat yayıb DİN məlumat yayıb

Masallıda qadının qətli ilə bağlı cinayət işi başlanılıb

DİN məlumat yayıb

Masallıda qadının qətli ilə bağlı cinayət işi başlanılıb.

Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

2015-ci ilin iyulun 6-da Masallı rayonunun Təklə kənd sakini Səidə Cəfərovanın itkin düşməsi barədə daxil olmuş məlumatla əlaqədar 2019-cu il iyunun 11-də Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə cinayət işi başlanılmışdır.
Araşdırmalarla Təklə kənd sakini Əfrail Məmmədovun 2015-ci il iyulun 5-də kənd ərazisində əmisi qızı S.Cəfərovanı bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilmişdir.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə başlanılmış cinayət işi Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilmişdir.