- Qanundan kənarda
- 18 Aprel 2022 10:39
- 7 564
Bakıda mağazadan oğurluq edən şəxs tutulub
DİN məlumat yayıb
Bakıda mağazadan oğurluq edən şəxs tutulub.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildiirlib ki, sosial şəbəkələrdə Nəsimi rayonu ərazisində mağazalardan birindən pul oğurluğu ilə bağlı yayılan görüntülər araşdırılıb.
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdiyi tədbirlər oğurluq əməlində şübhəli bilinən 2007-ci il təvəllüdlü şəxs saxlanılaraq istintaqa təqdim edilib.
Fakt üzrə istintaq hərəkətləri davam etdirilir.