- Qanundan kənarda
- 19 Aprel 2022 11:13
- 7 131
Bakı sakininə qarşı quldurluq edilib
DİN məlumat yayıb
Bakı sakininə qarşı quldurluq edilib.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.
Bildirilib ki, Yasamal Rayon Polis İdarəsinin 27-ci Polis Bölməsinə aprelin 18-də saat 1 radələrində 3 nəfərin Bakı şəhər sakini H.Rəsulovu bıçaqla hədələyib 400 manat pulunu almaları, kart hesabında olan 50 manat pulu isə öz hesablarına köçürmələri barədə müraciət daxil olub.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində quldurluq əməlini törətməkdə şübhəli bilinən paytaxt sakinləri - Səxavət Yunusov, Əli Abbasov və Nicat Mikayılov qısa müddətdə müəyyən edilərək saxlanılıblar.
Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.