- Qanundan kənarda
- 12 İyul 2022 16:11
- 6 183
Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb
DİN məlumat yayıb
Xaçmazda silsilə oğurluqlar edən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan verilən məlumata görə, daxil olmuş müraciətlərlə əlaqədar polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq hadisələrini törətməkdə şübhəli bilinən rayon sakin Feyzulla Nurməmmədov saxlanılıb.
Araşdırmalar zamanı həmin şəxsin rayon ərazisində müxtəlif mağazalardan ümumi dəyəri 3180 manatdan çox olan müxtəlif növ spirtli içkilər, siqaretlər, məişət əşyaları və texniki avadanlıqlar, eləcə də ümumilikdə 330 manat nağd pul oğurladığı müəyyən edilib.
Faktlarla bağlı Xaçmaz RPŞ-də cinayət işi başlanılıb.