"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti" barədə protokol tərtib edilib

"Bakı Şəhər Halqası Əməliyyat Şirkəti" cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.1-ci( Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda, mallar və nəqliyyat vasitələri Azərbaycan Respublikasının gömrük ərazisinə gətirilərkən Azərbaycan Respublikasının gömrük sərhədindən keçmə barədə və ya gömrük ərazisindən aparılarkən malların və nəqliyyat vasitələrinin aparılması barədə müvafiq icra hakimiyyəti orqanına məlumatların verilməməsinə və ya təhrif olunmuş məlumatın verilməsinə, yaxud malların və nəqliyyat vasitələrinin məlumatda göstərilən yerə müəyyən edilmiş vaxtda çatdırılmamasına görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Nərimanov rayon Məhkəməsində hakim Vüsal Qurbanovun sədrliyi ilə baxılacaq.

Rəşid Qarayev