"Baku Electronics" MMC barədə protokol tərtib edilib

"Baku Electronics" MMC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci(Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.

İşə Binəqədi rayon Məhkəməsində hakim Vüsal Tağıyevin sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə, şirkət min beş yüz manat məbləğində cərimə ediləcək.

Rəşid Qarayev