- Qanundan kənarda
- 12 May 2023 11:25
- 9 222
"Maybo" MMC cərimə edilə bilər
"Maybo" MMC cərimə edilə bilər.
AzNews.az xəbər xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci (Azərbaycan Respublikasının Gömrük Məcəlləsi ilə müəyyən edilmiş hallarda qısa idxal bəyannaməsinin mallar gömrük ərazisinə gətirilməzdən əvvəl elektron formada verilməməsinə görə) maddəsi ilə inzibati protokol tərtib edilib.
İşə Gəncə şəhər Məhkəməsində hakim Elxan Əlizadənin sədrliyi ilə baxılacaq.
Protokol təsdiq edilərsə şirkət min beş yüz manatadək məbləğdə cərimə edilə bilər.
Rəşid Qarayev