Məşhur marketlər şəbəkəsi barədə protokol tərtib edilib

"Al Market" MMC cərimə edilə bilər.

Aznews.az xəbər verir ki, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 518.1-ci(Mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə) maddəsi ilə inzibatin protokol tərtib edilib.

İşə Gəncə şəhər Məhkəməsində hakim Kənan Hüseynovun sədrliyi ilə baxılacaq.

Protokol təsdiq edilərsə şirkət beş yüz manatadək məbəğdə cərimə edilə bilər.

Rəşid Qarayev