- Qanundan kənarda
- 26 İyun 21:43
- 17 235
Gəncədə baş verən qətl hadisəsi ilə bağlı cinayət işi açılıb
İyunun 26-da saat 16 radələrində Gəncə şəhəri ərazisində 1979-cu il təvəllüdlü İlhamə Hüseynovanın kəsici-deşici alətlə çoxsaylı xəsarətlər yetirilməklə öldürülməsi barədə şəhər prokurorluğuna məlumat daxil olub.
Aznews.az xəbər verir ki, bu barədə Gəncə şəhər prokurorluğu məlumat yayıb.
Araşdırma zamanı 1959-cu il təvəllüdlü Mahir Quliyevin aralarında yaranmış mübahisə zamanı bıçaqla çoxsaylı xəsarətlər yetirərək tanışı İlhamə Hüseynovanı qəsdən öldürməsinə, daha sonra 1999-cu il təvəllüdlü Akif Ağalarova və özünə xəsarətlər yetirməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Gəncə şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanaraq istintaq aparılır.
Akif Ağalarov və hadisəni törətməkdə şübhəli bilinən Mahir Quliyev xəstəxanaya yerləşdirilib, hazırda müalicələri davam edir.