Dünyada oğurluq istifadəçi məlumatları ilə kiber hücumların sayı 71 % artıb

Oğurlanmış istifadəçi məlumatları ilə həyata keçirilən kiberhücumların sayı ötən il 71 faiz artıb.

Bunu Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Kibertəhlükəsizlik əməliyyatları Mərkəzinin rəisi Davud Rüstəmov Naxçıvanda keçirilən "Kiber Suverenlik" konfransında çıxışı zamanı deyib.

D.Rüstəmov əhəmiyyət kəsb edən məlumatların sızmasına dair 2024-2025-ci illər üzrə qlobal statistikadan bəhs edərək bu sahədə ötən illə müqayisədə 10 faiz artımın qeydə alındığını və bunun ən yüksək göstərici olduğunu vurğulayıb.

“Bütün məlumat sızmalarının 74 faizinin insan faktoru (səhvlər, sosial mühəndislik, daxili sui-istifadə) ilə bağlı olması bir daha keyfiyyətli kadr potensialına ehtiyacın aktuallığını göstərir”, - o bildirib.

Oğurlanmış istifadəçi məlumatları ilə edilən kiberhücumların sayının ötən ildə 71 faiz artdığını deyən Mərkəz rəisi tövsiyə olunan müdafiə strategiyalarını da diqqətə çatdırıb.

AzNews.az