"Neftin qiymətləri qeyri-sabitdir və yaxın illərdə də sabit olmayacaq". "Neftin qiymətləri qeyri-sabitdir və yaxın illərdə də sabit olmayacaq".

“Neftin qiyməti yaxın illərdə sabit olmayacaq” - Ekspert

"Neftin qiymətləri qeyri-sabitdir və yaxın illərdə də sabit olmayacaq".

"Neftin qiymətinin azalması çoxdan baş verməli idi, çünki spekulyativ şəkildə qaldırılmış qiymətlər problemlər və müxtəlif ölkələrin milli valyutalarında devalvasiya dalğası yaratmışdı".

Bunu Qloballaşma və Sosial Hərəkat İnstitutunun İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Vasili Koltaşov deyib.

Onun sözlərinə görə, neftin qiymətinin aşağı düşməsi dünya iqtisadiyyatında heç bir artım olmadığını göstərir, neftin qiymətinin artması isə yalnız inkişaf etməkdə olan ölkələrdə milli valyuta məzənnəsinin kursunun aşağı düşməsinə gətirib çıxarıb.

"Bu azalma göstərir ki, neftin qiymətləri qeyri-sabitdir və yaxın illərdə də sabit olmayacaq. Bu, Dünya Bankının dünya iqtisadiyyatının artımı barədə bəyanatlarına baxmayaraq, dünya iqtisadiyyatının tərəddüdlü vəziyyəti ilə bağlıdır. Dünya iqtisadiyyatı qlobal böhran rejimində, başqa sözlə, qeyri-sabitlik rejimində qalır", - deyə ekspert bildirib.

V.Koltaşov qeyd edib ki, neft qiymətinin gələcək taleyində çox şey ABŞ-ın fond bazarında başverənlərdən, eləcə də OPEC-in qərarlarından asılı olacaq.

"OPEC və OPEC+ istehsalın azaldırması ilə bağlı qərar qəbul etsə, bu, neftin qiymətinin azalmasının qarşısını ala bilər, amma prosesin özünü dayandıra bilməz. Belə gedişat, məsələn, 2016-cı ilin əvvəlində olduğu kimi, qiymətlərin 30 dollar/barel səviyyəsinə düşməməsi üçün onun hüdudlarını müəyyənləşdirə bilər", - V.Koltaşov vurğulayıb.

Ekspertin sözlərinə görə, bütün maraqlı tərəflər həddindən artıq böyük uçurumun qarşısını almaq və neftin qiymətinin dayanıqlı və sabit ola biləcəyi səviyyəyə uyğunlaşdırılmasını təmin edə bilmək üçün neftin qiymətinin azalmasını 50-60 dollar səviyyəsində məhdudlaşdırmağa çalışacaqlar.(report.az)

© AzNews.az