Dünya birjalarında neftin qiyməti artdı

“Brent”neftinin bir barrelinin qiyməti 57,06 dollar oldu.

Dünya birjalarında neftin qiyməti artıb.

Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barrelinin qiyməti 1,11 dollar bahalaşaraq 57,06 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barrelinin qiyməti isə 0,87 dollar artaraq 47,96 dollar təşkil edib.