Ötən il Azərbaycanda 38,8 mln. ton neft hasil edilib. Ötən il Azərbaycanda 38,8 mln. ton neft hasil edilib.

Ötən il Azərbaycanda nə qədər neft hasil edilib?

Ötən il Azərbaycanda 38,8 mln. ton neft hasil edilib.

2018-ci il ərzində Azərbaycanda proqnozdan 849 900 ton çox olmaqla 38,802 mln. ton neft hasil edilib.

Bu barədə Energetika Nazirliyi tərəfindən 2018-ci ildə görülmüş işlərə dair hesabata istinadən xəbər verilir.

Ötən il ölkədə neft hasilatının həcmi 2017-ci ildən 0,29% və ya 113,1 min ton çox olub.

Hasil olunan neftin 28,722 mln. tonu “Azəri-Çıraq-Günəşli” (AÇG) yataqlar blokunun, 2,540 mln. tonu “Şahdəniz”in (kondensat), 7,540 mln. tonu isə Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) payına düşüb.

AÇG-dən ötən il neft hasilatının həcmi 2017-ci ilə nisbətən 184,4 min ton və ya 0,64% azalıb.

SOCAR üzrə neft hasilatının həcmi 2017-ci ildən 112,9 min ton və ya 1,5% çox olub. “Şahdəniz” yatağından kondensat hasilatının həcmi isə əvvəlki ildən 184,6 min ton və ya 7,84% artıb.

© AzNews.az