Azərbaycanda qızıl bahalaşdı

Gümüşün qiymətində də bahalaşma müşahidə olunub.

Azərbaycanda qızıl və gümüş bahalaşıb.

Yanvarın 23-də qızılın qiyməti yanvarın 22-i ilə müqayisədə 9,8345 manat artaraq 1 unsiya üçün 2181,8735 manat təşkil edib.

Gümüş 0,302 manat bahalaşaraq 1 unsiya üçün 26,1344 manata bərabər olub.

Platinin qiyməti 0,4845 manat artaraq 1343,8840 manat, palladiumun qiyməti isə 26,0695 manat azalaraq 2284,1795 manat təşkil edib.

Qeyd edək ki, troy unsiyası 31,1034768 qrama bərabər ölçü vahididir. (trend)

AzNews.az