- Pullu iş
- 14 Avqust 2019 17:46
- 2 064
Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarısında 2,4% artıb
Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub
Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4% artıb.
İqtisadiyyat Nazirliyindən verilən məlumata görə, bunu nazir Şahin Mustafayev Nazirlikdə keçirilən geniş kollegiya iclasında çıxış edərkən deyib.
Onun sözlərinə görə, qeyri-neft sektoru üzrə artım 3,2%, qeyri-neft sənayesində 15,7%, ticarət dövriyyəsində 20%-dən çox, qeyri-neft ixracında 15%, kənd təsərrüfatı məhsullarının istehsalında 13% artıb.
Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür.
Bildirilib ki, valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsindədir. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6% artıb, inflyasiya 2,5% təşkil edib.