Alıcı qismində Çinin böyük hibrid avtomobillər və elektromobillər istehsalçısı olan BYD şirkəti çıxış edə bilər Alıcı qismində Çinin böyük hibrid avtomobillər və elektromobillər istehsalçısı olan BYD şirkəti çıxış edə bilər

Çin şirkəti əfsanəvi “Ikarus” zavodunu satın alacaq

Alıcı qismində Çinin böyük hibrid avtomobillər və elektromobillər istehsalçısı olan BYD şirkəti çıxış edə bilər

Macarıstan paytaxtında ən ağır vəziyyətdə olan Matyaşfölde rayonunda yerləşən sənaye parkı (bir vaxtlar burada “Ikarus” markalı avtobuslar yığılırdı) xarici sərmayəçiyə satıla bilər.

“Nepsava” qəzetinə istinadla xəbər verilir ki, Budapeştin XVI rayonunun başçısı Peter Kovaç bununla bağlı rayon qəzetinə geniş müsahibə verib. Onun sözlərinə görə, zavodun alıcısı qismində Çin sərmayəsi ilə işləyən macar şirkəti çıxış edə bilər. Sənaye parkının ərazisində elektromobillərin yığılması üzrə istehsal həyata keçiriləcək, həmçinin Çin mallarının anbarlara vurulması və paylanması əməliyyatları aparılacaq. Hazırda mülkiyyətçilərin əl dəyişdirməsi prosesi davam edir və bu səbəbdən alıcı şirkətin adı rəsmi olaraq açıqlanmır.

Çin-Macarıstan ticarət əlaqələri üzrə ekspertlər bildiriblər ki, alıcı qismində Çinin böyük hibrid avtomobillər və elektromobillər istehsalçısı olan BYD şirkəti çıxış edə bilər. Onlar əlavə ediblər ki, bu şirkət artıq macar iqtisadiyyatına sərməyələr qoyub və 2017-ci ildə Avropada ilk elektrobus zavodunu işə salıb. BYD 2018-ci ilin dekabrında ilk elektrobusu Şalqotaryan bələdiyyəsinə təhvil verib.

Qeyd olunur ki, əvvəllər keçmişi xatırlayanlar üçün “Ikarus” zavoduna ekskursiyalar təşkil olunurdu. Lakin bundan sonra həmin turların çətin olacağı bildirilir. Eyni zamanda, zavodun ərazisində torpaq o qədər toksik maddələrlə çirklənib ki, burada yaşayış binaları inşa etmək üçün yerin 15 metr dərinliyində olan səthi dəyişdirilməlidir.