Pullarınız “Kapital Bank” vasitəsi ilə qaytarılacaq Pullarınız “Kapital Bank” vasitəsi ilə qaytarılacaq

Banklarda pulları batanlara şad xəbər - "Oktyabrın 16-dan etibarən qaytarılacaq"

Pullarınız “Kapital Bank” vasitəsi ilə qaytarılacaq

“Oktyabrın 16-dan etibarən müflis elan olunan banklarda 10 min dollar və ya 17 min manatdan çox olmayan sığortalanmayan əmanətləri olan vətəndaşlar pullarını geri ala biləcəklər”.

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. O, qeyd edib ki, müflis olan bankda vətəndaşımızın qorunmayan əmanəti olubsa və onun məbləği 10 min dollardan çox deyilsə, o zaman həmin vəsait qaytarılacaq:

“İki həftə öncə qorunmayan əmanətlərin qaytarılacağı haqda sosial şəbəkə statusumda məlumat vermişdim. Daha sonra bu rəsmi olaraq təsdiqləndi. Proses ilə bağlı ən çox verilən suallar hansı müflis olmuş banklarda olan vəsaitin qaytarılması və hansı bank vasitəsi ilə ödənilməsi barədədir”.

Hansı banklarda olan qorunmayan əmanətlər qaytarılacaq?

Ekspert bildirib ki, ləğv prosesində olan “Atrabank”, “Royalbank”, “Kredobank”, “Zaminbank”, “Bank of Azerbaijan”, “Qafqaz İnkişaf Bankı”, “Bank Standard”, “Yunayted Kredit Bank”, “Texnikabank”, “Dəmirbank” və “Gəncəbank”-da məbləği 17 min manatdan (və ya 10 min dollar) çox olmayan qorunmayan əmanətlər qaytarılacaq.

Vüqar Bayramov vurğulayıb ki, kompensasiya “Kapital Bank” vasitəsi ilə qaytarılacaq və bu haqda fond əlavə məlumat verəcək:

“İlkin qiymətləndirmələrə görə, 50 mindən çox əmanətçinin qorunmayan depoziti geri qaytarılacaq. Müflişləsən banklarda qorunan əmanətlərin qaytarılması həyata keçirilirdi və sığortalanmayan depozitlər ödənilmirdi. Halbuki bank həmin vəsaitdən istifadə edib gəlir əldə etmişdi. Amma vətəndaş pulu geri ala bilmirdi. Bu baxımdan həmin əmanətlərin geri qaytarılması həm hüquqi, həm də sosial baxımdan vacib idi. CESD differensial olaraq qorunmayan əmanətlərin 10 min dollarının və ya 17 min manatının qaytarılmasını təklif edir”.

Bahar RÜSTƏMLİ

AzNews.az