AMB məlumat yaydı AMB məlumat yaydı

Depozit hərracında tələb təklifi 5 dəfə üstələyib

AMB məlumat yaydı

Mərkəzi Bank tərəfindən 21.10.2019-cu il tarixində vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 538 milyon manat, hərracın nəticəsində bağlanılmış depozit əqdləri üzrə orta ölçülmüş faiz dərəcəsi isə 6,26% təşkil edib.

AzNews.az xəbər verir ki, Mərkəzi Bank 100 milyon manat cəlb edəcəyini açıqladığından bu məbləği də cəlb edib.

Xəbər verdiyimiz kimi, 14.10.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında tələb 582.8 milyon manat, 07.10.2019-cu il tarixində Mərkəzi Bank tərəfindən vəsaitlərin cəlb edilməsi üzrə keçirilmiş növbəti depozit hərracında isə tələb 583.6 milyon manat təşkil etmişdi.

AzNews.az