Pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib Pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib

Pensiya alanlara şad xəbər: 5.6 faiz artım olacaq

Pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib

“Yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar”.

AzNews.az xəbər verir ki, bunu iqtisadçı-ekspert Vüqar Bayramov deyib. Onun sözlərinə görə, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq:

“Son günlər CESD-ə pensiya məbləğlərinin necə indeksasiya olunacağı ilə bağlı daha çox suallar ünvanlanır. Qeyd edək ki, hər ilin yanvarında pensiya və eləcə də pensiya kapitalının indeksasyası həyata keçirilir. Mövcud qanunvericiliyə əsasən, pensiya məbləğləri əvvəlki ildə orta aylıq əmək haqqıdakı artımlara, pensiya kapitalı isə inflyasiya səviyyəsinə uyğun olaraq indeksasiya olunur.

Bu o deməkdir ki, pensiya alan vətəndaşımızın aldığı pensiya məbləği artıq gələn aydan indeksasiya olunacaq və yanvar ayında pensiyaçılar artırılmış məbləği alacaqlar. Pensiya kapitalı olan, amma hələlik pensiya yaşı çatmayan vətəndaşlarımız yığımı isə inflyasiya göstəricisi ilə indeksasiya olunub artırılacaq”.

Vüqar Bayramov qeyd edib ki, hələlik, pensiya məbləğlərinin indeksasiya məbləği dəqiqləşməyib:

“Çünki bu rəqəm il başa çatandan sonra müəyyənləşir. Gözlənilir ki, 2020-ci il yanvarın ikinci yarısı Dövlət Statistika Komitəsi orta aylıq əmək haqqıdakı rəsmi artımı elan etdikdən sonra pensiya məbləğləri indeksasiya olunaraq artırılacaq. Qeyd edək ki, bu ilin yanvar-sentyabr aylarında orta aylıq əmək haqqı 5.6 faiz artıb”.

Bahar RÜSTƏMLİ

AzNews.az