- Pullu iş
- 20 İyun 2020 19:11
- 4 344
Azərbaycan bu il gübrə idxalı xərclərini 14%-dək azaldıb
Bu ilin yanvar-may aylarında gübrə idxalı Azərbaycanın ümumi idxalının 1,04%-ni təşkil edib
Bu ilin yanvar-may ayları ərzində Azərbaycan 43,2 mln ABŞ dolları dəyərində 150,5 min ton gübrə idxal edib.
AzNews.az Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, məbləğ baxımından 2019-cu ilin eyni dövrü ilə müqayisədə 6,9 mln ABŞ dolları (13,7%) az, həcm baxımından isə illik müqayisədə 3,5 min ton (2,36%) çoxdur.
Bu ilin yanvar-may aylarında gübrə idxalı Azərbaycanın ümumi idxalının 1,04%-ni təşkil edib.