Bu Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib Bu Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib

Türkiyədən Azərbaycana avtomobil ixracı azalıb

Bu Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib

2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən Azərbaycana avtomobil ixracı 2019-cu ilin eyni dövrü ilə müqayisədə 27,56 faiz azalaraq 84,363 milyon dollar təşkil edib.

Bu barədə AzNews.az-a Türkiyənin Ticarət Nazirliyindən məlumat verilib.

Nazirlik qeyd edib ki, 2020-ci ilin oktyabr ayında Türkiyədən Azərbaycana avtomobillərin ixracı 2019-cu ilin oktyabrına nisbətən 60,59 faiz artaraq 8,034 milyon dollar təşkil edib.

Qeyd edək ki, 2020-ci ilin yanvar-oktyabr aylarında Türkiyədən dünya bazarlarına avtomobil ixracı 20,055 milyard dollar təşkil edərək keçən ilin eyni dövrü ilə müqayisədə 20,9 faiz azalıb.

Türkiyədən avtomobil ixracı yanvar-may aylarında ölkənin ümumi ixracının 14,8 faizini təşkil edib.

Son 12 ayda (oktyabr 2019 - oktyabr 2020) Türkiyə 25,283 milyard dollar məbləğində avtomobil ixrac edib.