Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalı artıb

7 milyard 480,0 milyon manat təşkil edib

Bu ilin ötən 10 ayı ərzində Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalında artım qeydə alınıb.

AzNews.az-ın məlumatına görə, 2020-ci ilin yanvar-oktyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 7 milyard 480,0 milyon manat təşkil etmişdir ki, onun da 3 milyard 634,3 milyon manatı heyvandarlıq, 3 milyard 845,7 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə kənd təsərrüfatının istehsalı 1,6 faiz, o cümlədən heyvandarlıq məhsulları üzrə 3,0 faiz, bitkiçilik məhsulları üzrə isə 0,2 faiz artmışdır.