- Pullu iş
- 20 Yanvar 2021 22:01
- 4 862
Gürcüstanın Azərbaycana pivə ixracı 17%-dək azalıb
Bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib
2020-ci ildə Gürcüstan Azərbaycana dəyəri 324.08 min ABŞ dolları olan 340.31 ton pivə ixrac edib.
AzNews.az APA-ya istinadən xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib. Qeyd olunub ki, Azərbaycana ixrac edilən məhsulun həcmi illik müqayisədə 10.66 ton və ya 3%, dəyəri isə 65.19 min dollar və ya 16.7% azalıb.
2019-cu ildə Gürcüstan Azərbaycana 389.27 min dollar dəyərində 350.97 ton pivə ixrac edib.