DGK məlumat yayıb DGK məlumat yayıb

Azərbaycan içki ixracını 33% artırıb

DGK məlumat yayıb

Bu ilin yanvar ayında Azərbaycan 1,025 milyon ABŞ dolları dəyərində spirtli və spirtsiz içkilər ixrac edib.

Dövlət Gömrük Komitəsindən (DGK) AzNews.az-a verilən məlumata görə, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 256 min dollar və yaxud 33,3% çoxdur.

Hesabat dövründə içki ixracı ümumi ixracın 0,1%-ni təşkil edib.

Ötən ay Azərbaycana idxal edilmiş spirtli və spirtsiz içkiləri dəyəri isə 2,54 milyon dollar olub. Bu isə 1 il əvvələ nisbətən 751 min dollar və yaxud 22,8 % azdır.

Hesabat dövründə içki idxalı ümumi idxalın 0,3%-ni təşkil edib.