- İntellektual baxış
- 5 Oktyabr 2021 18:55
- 7 125
Avropada qazın qiyməti 1 430 dollara yaxınlaşıb
Birjalarda yayılan xəbərlərə görə,
Bu gün keçirilən hərraclar zamanı Avropada qazın 1 000 kubmetrinin qiyməti 1 427 ABŞ dollarını ötüb ki, bu da yeni tarixi maksumumdur.
Aznews.az xəbər verir ki, bu barədə "APA-Economics" birja xəbərlərinə istinadən məlumat verib.
Məlumata görə, 5 oktyabr tarixində Avropanın ən likvid virtual satış mərkəzi sayılan Niderlandın "Title Transfer Facility"də (TTF) noyabr fyuçerslərinin qiyməti 1 427,4 dollar təşkil edib, bu da bazar ertəsi üzrə hesablama qiyməti (1 160 dollar) ilə müqayisədə 23% çoxdur.