- İntellektual baxış
- 16 Dekabr 2021 18:55
- 8 975
Azərbaycana 40 mln. dollar investisiya yatırılacaq
Razılaşma artıq əldə olunub
Azərbaycanın İqtisadiyyat Nazirliyi ilə Türkiyənin “Demirören” Holdinqi ilə arasında əczaçılıq məhsullarının istehsalı və satışına dair Anlaşma Memorandumu imzalanıb.
Aznews.az xəbər verir ki, bu barədə nazir Mikayıl Cabbarov “Twitter” hesabında yazıb.
O qeyd edib ki, Azərbaycan iqtisadiyyatına 40 mln. ABŞ dollar investisiya yatırımını təmin edəcək layihə çərçivəsində qabaqcıl təcrübələrin tətbiqi və yeni iş yerlərinin yaradılması istiqamətində mühüm nəticələr əldə olunacaq.