- İntellektual baxış
- 1 Mart 2022 18:48
- 9 057
Özəlləşdirilmə vəsaitlərindən istifadə qaydası dəyişir
Bu, “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb
Dövlət əmlakının özəlləşdirilməsi nəticəsində əldə edilən pul vəsaitindən istifadə qaydası dəyişir.
Aznews.az xəbər verir ki, bu, Milli Məclisin plenar iclasında müzakirə edilən “Dövlət əmlakının özəlləşdirilməsi haqqında” qanuna təklif edilən dəyişiklikdə əksini tapıb.
Layihəyə əsasən, bu vəsaitdən özəlləşdirmədən sonra müəsisələrin fəaliyyətinin dəstəklənməsi tədbirlərinin maliyyələşdirilməsi, dövlət əmlakının qorunub saxlanması və mühafizəsi, dövlət əmlakının satıcısının maddi texniki bazasının möhkəmləndirilməsi üçün də istifadə ediləcək.