Bunu jurnalistlərə açıqlamasında Agentliyin rəhbəri Elxan Nuriyev deyib Bunu jurnalistlərə açıqlamasında Agentliyin rəhbəri Elxan Nuriyev deyib

Zəngilan və Füzulidə yükdaşımalar üçün HUB yaradılır

Bunu jurnalistlərə açıqlamasında Agentliyin rəhbəri Elxan Nuriyev deyib

İqtisadi Zonaların İnkişafı Agentliyinə daha bir logistik yükdaşıma şirkəti tərəfindən Araz vadisində rezident qismində fəaliyyət göstərmək üçün müraciət daxil olub.

Aznews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Agentliyin rəhbəri Elxan Nuriyev deyib.

Onun sözlərinə görə, şirkət tərəfindən 50-yə yaxın yük avtomobilləri alınıb və hazırda infrastruktur yaradılır ki, Zəngəzur dəhlizi açılandan sonra fəaliyyətə başlanılsın.

"Bununla yanaşı "FedEX", UPS, "ASE Express" və "Amerikan Express" şirkətlərinin yerli nümayəndəlikləri "Qarabağ Logistik" adlı şirkət yaradıblar. Əsas məqsəd orada (Araz vadisi iqtisadi zonasında - red.) gömrük anbarları yaradaraq Zəngilan və Füzuli hava limanlarında öz HUB-larını formalaşdıraraq beynəlxalq yükdaşımalar həyata keçirilməsidir",- deyə Elxan Nuriyev qeyd edib.