“VTB bank” Gürcüstanı tərk edir

Bankın Azərbaycandakı fəaliyyəti isə...

“VTB bank” Gürcüstanı tərk edir.

Aznews.az xəbər verir ki, bu barədə Bankın rəhbəri Andrey Kostin “İnterfax”a açıqlamasında bildirib.

O qeyd edib ki, bank Azərbaycandakı fəaliyyətini dayandırmağı planlaşdırmır:

“Biz bir hal istisna olmaqla heç yerdə (törəmə bankların) satışını planlaşdırmırıq. Bizim prinsipal mövqeyimiz var – biz hər yerdə qalırıq. Biz sadəcə Gürcüstanı tərk edirik, orada vəziyyət bir qədər fərqlidir. Amma biz Ermənistanda, Azərbaycanda, Belarusda, Qazaxıstanda, Çində və Hindistanda qalırıq, bu ölkələrdə ikitərəfli ticarətdə milli valyutalarla hesablaşmaların əsas bankına çevrilmək üçün milli banklar və yerli banklarla əməkdaşlığı təşviq edirik”.

Kostin əlavə edib ki, “VTB bank” bu ölkələrdə öz biznesi üçün perspektiv görür.