- Pullu iş
- 28 Sentyabr 2022 20:54
- 8 864
Qarabağda buğda istehsalı işə salınandan sonra Azərbaycan tələbatın yarısını təmin edə bilər

"Azərbaycanın illik buğda tələbatı təxminən 1,2 milyon ton təşkil edir"
Aznews.az xəbər verir ki, bunu İqtisadi Zonaların İnkişafı Agentliyinin departament rəhbəri Əmir Məmmədov "Kənd təsərrüfatında innovasiyalar: aqroparklar" adlı tədbirdə deyib.
Onun sözlərinə görə, yerli buğda istehsalı ölkə tələbatının təxminən 25 faizini təmin edir.
"Biz hər il 1-1,1 milyon ton buğda idxal edirik. Hesab edirik ki, Qarabağda buğda istehsalı işə salınandan sonra yerli istehsal daxili tələbatın yarısını təmin edə biləcək və idxal azalacaq", - Ə.Məmmədov deyib.