Neft cüzi bahalaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2023-cü ilin iyun müqaviləsinin dəyəri 0,18 % artaraq 1 barelə görə 84,91 dollar təşkil edib.

Nyu-Yorkun NYMEX əmtəə birjasında iyun ayında ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,16% artaraq 80,96 dollara bərabər olub.