Şükürbəyli-Cəbrayıl-Hadrut və Füzuli-Hadrut yollarının əsas parametrləri açıqlanıb

İki gün öncə Azərbaycan Prezidenti İlham Əliyevin iştirakı ilə ümumi uzunluğu 39,7 km olan Şükürbəyli-Cəbrayıl-Hadrut avtomobil yolunun 8,2 km-lik hissəsinin açılışı həyata keçirildi. Yol birinci texniki dərəcəyə uyğun tikilib.

Aznews.az xəbər verir ki, bunu Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) şöbə rəisi İlham Süleymanov deyib.

İ.Süleymanovun sözlərinə görə, yol 4 hərəkət zolağından ibarətdir:

"Yolun 8,2 km-lik hissəsinin üzərində 4 avtobus dayanacağı, uzunluğu 79 metr olan bir ədəd körpü və 15 ədəd müxtəlif diametrli suötürücü borular tikilib təhvil verilib.