Bu mükafat üçün indiyə qədər belə yüksək məbləğ heç zaman ödənilməyib. Bu mükafat üçün indiyə qədər belə yüksək məbləğ heç zaman ödənilməyib.

Monronun “Qızıl qlobus”u rekord məbləğə satıldı

Bu mükafat üçün indiyə qədər belə yüksək məbləğ heç zaman ödənilməyib.

Merilin Monronun 1962-ci ildə tamaşaçıların ən sevimli aktrisası kimi aldığı “Qızıl qlobus” mükafatı Los-Ancelesdə rekord məbləğə - 250 min dollara satılıb.

Bu mükafat üçün indiyə qədər belə yüksək məbləğ heç zaman ödənilməyib.

“Julien's Auctions” hərracında aktrisaya məxsus bir sıra digər əşyalar da satılıb, o cümlədən 1956-cı il istehsalı olan “Ford Thunderbird” avtomobili (490 min dollar), çek kitabçası və s.

Merilin Monro kimi məşhurlaşan Norma Cin Mortenson müxtəlif filmlərdə 30-a yaxın obraz canlandırıb. O, 1962-ci ildə dünyasını dəyişib.(oxu.az)

AzNews.az