- Türkiyə
- 13:50
- 862
MHP lideri Dövlət Bağçalı: Səlahəddin Demirtaş evinə qayıtmalıdır
“PKK-nın qurucu rəhbərliyinin 27 fevral 2025-ci ildə etdiyi çağırış Suriyada 337 gün sonra cavablandırıldı və bu, çox mühüm bir mərhələ oldu”.
Aznews.az NTV-yə istinadən xəbər verir ki, bu barədə Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Bağçalı parlamentdə partiyasının iclasında bildirib.
“Özümüzə qarşı dürüst olaq, PKK-nın qurucu rəhbərliyi bütün vədlərinə əməl etdimi? Bəli, etdilər. Separatçı terror təşkilatının ləğvini təmin etdilərmi? Bəli, etdilər”, - Bağçalı vurğulayıb.
O, Ədirnədə həbsdə olan Səlahəddin Demirtaşdan da danışıb:
“Öcalan ümidə, Demirtaş isə evinə dönənə qədər qərarımız bəllidir”
Aznews.az