“Qızının ölümü onu çox sarsıtmışdı”. “Qızının ölümü onu çox sarsıtmışdı”.

Novruz Novruzlunun ölüm səbəbi açıqlandı

“Qızının ölümü onu çox sarsıtmışdı”.

“Savalan” qrupunun rəhbəri Novruz Novruzlunun ölüm səbəbi açıqlanıb.

Bu barədə AzNews.az-a açıqlama verən mərhumun bacısı oğlu onun ürək çatışmazlığından dünyasını dəyişdiyini deyib:

“Qızının ölümü onu çox sarsıtmışdı. Sən demə, o, ürək xəstəsi imiş. Amma bunu hamıdan, hətta ailəsindən də gizlədib”.

Qeyd edək ki, bu gün səhər saatlarında “Savalan” Mistik Musiqi Qrupunun rəhbəri, tanınmış sufi ifaçısı Novruz Novruzlu vəfat edib.

Sufi ifaçının qızı Nədimli Novruzlu da 2014-cü ildə faciəli şəkildə dünyasını dəyişib. 16 yaşlı qız dəm qazından boğulub.

Mərhum Xırdalan qəbiristanlığında dəfn olunacaq.

Bahar RÜSTƏMLİ
AzNews.az