Böyük Britaniyada Santa-Klaus qiyafəsində olan bir kişi “Voice” mahnı şousunun irlandiyalı ulduzunun valideynlərinin qaldığı evi gülləbaran edib. Böyük Britaniyada Santa-Klaus qiyafəsində olan bir kişi “Voice” mahnı şousunun irlandiyalı ulduzunun valideynlərinin qaldığı evi gülləbaran edib.

Santa müğənninin evini gülləbaran etdi - VİDEO

Böyük Britaniyada Santa-Klaus qiyafəsində olan bir kişi “Voice” mahnı şousunun irlandiyalı ulduzunun valideynlərinin qaldığı evi gülləbaran edib.

Bu haqda “Daily Mail” məlumat yayıb.

İnsident Belfast küçələrindən birində baş verib. Cinayətkar “Voice” müsabiqəsinin 33 yaşlı finalçısı Corcina Riçmondun valideynlərinin evini atəşə tutub.

Müşahidə kamerasının obyektivinə düşmüş görüntüdə ağ-qırmızı kostyumlu kişinin küçədə gəzdiyini, daha sonra üzərindən tapança çıxaraq, 59 yaşlı Corc Riçmond və 57 yaşlı Ceraldin Riçmondun qaldığı evin pəncərələrinə atəş açdığını görmək olur.

Xoşbəxtlikdən evin sahiblərindən heç kim yaralanmayıb. İnsident vaxtı Corcina və onun 10 yaşlı qızı evdə olmayıb.

Məlumata görə, bu, ailənin üzləşdiyi ilk silahlı hücum deyil. 2016-cı ildə onlar IRA (“İrland Respublika Ordusu”) qruplaşmasına üzv olmaqda şübhəli bilindiyindən evlərini tərk etməli olmuşdular.(oxu.az)

© AzNews.az