Təcavüz, işgəncə, cinayət... Təcavüz, işgəncə, cinayət...

Müge Anlının proqramında Palu ailəsi cinayəti Türkiyəni silkələdi!

Təcavüz, işgəncə, cinayət...

Türk televiziya tarixinin ən qorxunc hekayəsini Müge Anlı aydınlaşdırır.

AzNews.az xəbər verir ki, ətrafındakı bütün qadınlara işgəncə edərək təcavüz etdiyi deyilən Tuncer Ustael cinayətə əzm etdirməkdə, adam qaçırmaqda və onalrla iyrənc cinayətdə təqsirləndirilir. Harun və Havva Palu cütlüyünün 5 uşağı var: Fatih, İsa, Əminə, Məryəm və Ayş Mələk. Uşaqlardan biri olan Əminə Tuncer Ustael ilə evlənir. Bacısı Məryəm də Ahmet ilə evlənir. Əminə və Tuncer cütlüyünün bir qız, bir oğlan uşağı doğulur. Məryəm və Ahmet cütlüyünün də Rəcəb və Melike adlı iki uşağı olur. Manyak Tuncer özünü bütün ailədə 'cinci molla' olaraq tanıdır.

Ailədə isə ona sadəcə ata Harun və bacanağı Ahmet inanmır. Ahmeti aradan götürmək istəyən Tuncer, həyat yoldaşının qardaşını təsiri altına salıb, Ahmeti öldürdür. Atası oğlunun həbsə girməyini istəmədiyi üçün günahı boynuna alır. Ahmet öləndən sonra Məryəm və iki uşağı Tuncerin qapıçı mənzilində yaşamağa başlayır. Tuncer burda evdə qalan hamıya təcavüz və işgəncə edir. Bunlardan sonra evdən qaçmağı bacaran Rəcəb həkim yoxlanışından sonra uşaq evinə göndərilir. Ərini öldürdüyü Məryəmə təcavüz edən Tuncer qadına zorla kredit götürdür. Bu pulla maşın alır və ailəyə "Sizi qaçırıram, ölən kürəkəniniz Ahmetin ailəsi sizi izləyir. Onlar orqan mafiyasıdır" deyərək aldadır. Bundan sonra ailə maşında yaşamağa başlayır.

Digər yandan da ailəyə "Ahmet Məryəmin keçmiş həyat yoldaşı olduğu üçün ailəsinə xəbər göndərir. Sizi öldürdəcək" deyərək ailəni Məryəmə düşmən edir. Qadını ağaca bağlayaraq döyür, ac qoyur. Bunlardan sonra Məryəm ölür. Geridə qalan qızı Melikeye isə işgncə davam edir. Tuncer 6 yaşlı qıza təcavüz edir və hamilə qalmasın deyə qarnına daş bağlayır, ona spirt spirt içirdir. Bu işgəncələrdən sonra Melike də ölür.

Pərvanə Ağazadə
AzNews.az